Türkiyə yığmasının heyətinə dəvət olunmayan Arda Turan milli komanda karyerasını başa vurur.
Teleqraf.com xəbər verir ki, futbolçu millinin heyəti açıqlandıqdan sonra bu qərarı qəbul edib. O, daha öncə Rusiya və Xorvatiya ilə oyunlara da dəvət almayıb.
Baş məşqçi Fatih Terim 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiyaya qarşı keçirəcək oyun öncəsi Arda ilə yanaşı Selçuk İnan, Burak Yılmaz, Caner Erkin və Gökhan Gönülü də yığmaya dəvət etməyib.