9 Oktyabr 2016 21:25
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya yığmasının müdafiəçisi Yasmani Duk DÇ-2018-in seçmə mərhələsində Braziliya ilə keçirilən oyunda Neymarla toqquşduğu məqamdan danışıb.

Duk ikili mübarizə zamanı Neymarı kobudluqla dayandırmış, onun sifətinə dirsəklə zərbə endirmişdi. Komanda.az xəbər verir ki, müdafiəçi bunu qəsdən etmədiyini bildirib. O, Neymarın rəqiblərə hörmət etməli olduğunu deyib. Duk bildirib ki, yalnız belə halda Neymar dünyanın ən yaxşısı ola bilər:

“Dünyanın ən yaxşısı olmaq üçün Neymar rəqibə hörmət etməyi öyrənməli, özü haqqında az düşünməlidi. Hər kəsə bəllidi ki, futbol təmas oyunudu. Vaxtilə mənim də burnum qırılmışdı. Ancaq heç kimi ittiham etməmişdim.

Bu hadisə ilə bağlı Neymarın fikirlərini oxudum. O, mənim xətrimə dəyməyə çalışıb. Mənim heç bir pis niyyətim olmayıb. Onu da dirsəyimlə vurmaq istəmirdim. Təəssüf ki, belə alındı”.


Müəllif: