Kolumbiya ilə oyunda (2:2) qol vuran Uruqvay yığmasının futbolçusu Luis Suares zədələnmədiyini və oyun zamanı əvəzetmə tələb etmədiyini bildirib.
Goal.az xəbər verir ki, "Barcelona" futbolçusu açıqlamasında yorğunluqdan şikayətlənib: "Mənim zədəm yoxdur. Sadəcə olaraq çox yorulmuşam. Oyun çox olub. Bundan başqa uzun müddətli uçuşlar da öz təsirini göstərir. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm.Amma birbaşa rəqiblə səfərdə xal aldığımızdan məmnunam".