"Qəbələ"nin bir neçə gün əvvəl müqavilə imzaladığı sabiq kapitanı Cavid Hüseynov bu gün Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunda meydana çıxdı.
Teleqraf.com-un məlumatına görə, oyunun 83-cü dəqiqəsində baş məşqçi Roman Qriqorçukun qərarı ilə Cavid Hüseynov Asif Məmmədovu əvəzləyib.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulur. İlk oyunda "Sumqayıt" evdə turnir cədvəlinin hazırkı lideri "Qəbələ"ni sınağa çəkir. "Qəbələ" 2:1 hesabı ilə "Sumqayıt"ı üstələyir.