5 Noyabr 2016 08:52
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Manchester United" Avropa Liqasının qrup mərhələsində 2-ci məğlubiyyətini "Şükrü Saracoğlu" stadionunda alıb. "Fenerbahçe"nin 2:1 hesabıyla qalib gəldiyi görüşdə qonaqların hücumçusu Zlatan İbrahimoviç və Simon Kyaer arasında yaşanan gərginlik diqqəti çəkib. Goal.az xəbər verir ki, danimarkalı müdafiəçi matçdan sonra həmin insident barədə bunları deyib:

"Doğrusu, İbrahimoviçin nə dediyini eşitmədim. Amma narazı olduğunu görürdüm. Meydanda onun necə olduğundan xəbərim var. Özünü təkəbbürlü aparır. Bu, onun oynamaq üsullarından biridir. Mənim üsulum isə ona mümkün qədər yaxın oynamaq və yaxşı futbolçu olduğuna görə Zlatana boş sahə verməməkdir.

Futboldur, belə şeyləri ciddi qəbul etmirəm. Zlatana qarşı oynadığım birinci dəfə deyil. Onun reaksiyalarına bələdəm. Bu, problem deyil".


Müəllif:

Oxşar xəbərlər