"The Sun" nəşri Ueyn Runinin sərxoş vəziyyətdə şəkillərini yaymaqla İngiltərə millisinin kapitanını pis durumda qoyub. Goal.az xəbər verir ki, toyda iştirak edən təcrübəli hücumçu xeyli alkoqol maddə qəbul edib.
Belə ki, Şotlandiya üzərindəki qələbədən (3:0) sonra millinin futbolçularına 1 günlük istirahət verilib. Əksər oyunçular ailələləri ilə görüşmək üçün qaldıqları oteli tərk edib. Orda yalnız Runi, onun rəfiqəsi, Fil Caqilka və yerli federasiyanın bəzi nümayəndələri qalıb. Onlar oteldə təşkil olunmuş məclisə qatılaraq gecəni barda pivə və şərab içməklə keçiriblər. Bundan sonra məşqdə diskomfort hiss edən Runi İspaniya ilə görüşün iştirak ərizəsindən çıxarılıb. Millinin çalışdırıcısı Qaret Sautqeyt onun zədəli olduğunu söyləməklə məsələni böyütməməyə çalışsa da, mediada Runinin içkili olduğunu göstərən şəkillərin yayılması hər şeyin üstünü açıb.
"Ueyn azarkeşlər tərəfindən çəkilən şəkillərin yayılmasına təəssüf edir. Komandanın istirahət günü olsa da, Runi həmin şəkillərin statusuna yaraşmadığını bilir. O, artıq Qaret Sautqeyt və İngiltərə Futbol Assosasiyasının (FA) texniki direktoru ilə görüşərək səmimi qəlbdən üzr istəyib. Runi bu şəkilləri görən gənc pərəstişkarlarından da üzr istəyir" - futbolçunun adından verilən bəyanatda deyilir. Bu məsələ ilə bağlı "Manchester United"in baş məşqçisi Joze Mourinyonun reaksiyası da özünü gözlətməyib. Portuqal mütəxəsis Runinin istirahət haqqı olduğuna görə içməsinə ciddi narazılıq bildirməyib. Onu qəzəbləndirən FA nümayəndələrinin nəinki futbolçunun içməsinə irad tutması, hətta onunla birgə içməyi olub.