8 Yanvar 2017 12:43
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İngiltərə yığma komandasının sabiq yarımmüdafiəçisi Pol Qaskoyn London şəhərindəki otellərdən birinə hücum zamanı başından xəsarət alıb.

"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, otelə hücum edən şəxs futbolçunu pilləkənlərdən aşağı itələyib.

Polisin məlumatına görə, 49 yaşlı Qaskoyn hadisə zamanı sərxoş olub, lakin hazırda axtarışda olan naməlum şəxsə qarşı heç bir təhrikedici addım atmayıb.

Həkimlər futbolçuya kəllə sümüyünün zədəsi diaqnozu qoyublar və başına 11 tikiş atıblar.


Müəllif:

Oxşar xəbərlər