Ağdamın “Qarabağ” futbol klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Klubdan Teleqraf.com-a bildiriblər ki, bu gün komandanın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın “Amkar” (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən, futbolçu haqda son qərar veriləcək. İyirmi yaşlı futbolçu mərkəz müdafiəçisidir.
R.Hüseynov cari mövsüm “Amkar”ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.
Qeyd edək ki, müdafiəçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.