15 Yanvar 2017 00:12
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya çempionatının 17-ci turunda keçirilən “Benfika” - “Boavişta” oyunundan sonra insident yaşanıb.

Teleqraf.com qol.az-a istinadən xəbər verir ki, 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan millimizin və “Boavişta”nın qapıçısı Kamran Ağayev insidentin əsas iştirakçılarından olub.

Belə ki, Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər.

Ağayevin hansı səbəbdən özündən çıxması hələlik məlum deyil.

Qeyd edək ki, “Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda “Boavişta” meydandan 1 xalla ayrılıb - 3


Müəllif:

Oxşar xəbərlər