Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç 21 yaşadək futbolçulardan ibarət yığmamızın Türkiyənin Antalya şəhərində Germania Egestorf komandası ilə keçirdiyi oyunu izləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, hər iki məşqçi U-21 yığmamızın keçirdiyi digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klublarımızın bir neçə oyununa baxıblar.