İngiltərənin “Mançester Siti” klubu ölkənin gücünə görə üçüncü liqasının komandası “Sautend Yunayted”in 13 yaşlı müdafiəçisi Finli Bernsi əldə edib.
PRESSDAY.az xəbər verir ki, “şəhərlilər” bu transferə görə 202 min avro ödəyib. Əgər Berns yeni komandasında uğurlu çıxış edərsə, ödəmənin məbləği 289 minə qədər arta bilər.
“Sautend Yunayted” akademiyasının rəhbəri Rikki Dunkanın söğzlərinə görə, klub maraqlıdır ki, gənc futbolçular birinci komandaya qədər gedib çıxsınlar.
Bu səbəbdən “Mançester Siti”inin təklifi həm Bernsi, həm də klubunu qane edib.
Futbolçunu “Mançester Siti”dən başqa “Liverpul”, “Çelsi” və “Arsenal” da əldə etmək istəyində olub.
Berns ailəsi ilə birlikdə komandanı özü seçib.