2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 10-cu gününü yekunlaşdırıb.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” bu gün bir məşq keçib. Roman Qriqorçukun komandasının hazırlığı günün ilk yarısında gerçəkləşib.
Fitnes hazırlığı keçən futbolçular bərpa məşqi ilə kifayətlənib.