"Neftçi"nin futbolçusu Araz Abdullayevin "Sumqayıt"la oyunda tərbiyəsizlik edərək azarkeşi söyməsi hələ də gündəmdən düşmür və pislənilir.
Teleqraf.com xəbər verir ki, “UltraAslan” və "UltraNeftçi" fan klublarının rəhbəri Ceyhun Əzizli də Rekord.az-a açıqlamasında məsələyə sərt reaksiya verib: "Arazın çirkin əməllərini pisləyirəm. Heç bir futbolçunun azarkeşi təhqir etməyə ixtiyarı yoxdur. Onun bundan əvvəll etdiyi çirkinliklər cavabsız qaldığından, bu gün daha da irəli gedərək, azarkeşi söyür.
Onun haqqında ciddi tədbir görülməlidir. Bundan başqa, Araz efirə çıxıb hər kəsdən üzr istəməlidir".