Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Kamerun yığması final oyununda Misir komandasını 2:1 hesabı ilə məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub. Oyunun 89-cu dəqiqəsində Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Vensan Abubakar qələbə topuna imza atıb.
Kamerun yığması tarixdə beşinci dəfə Afrika Kubokunu qazanıb. Komanda sonuncu dəfə 2002-ci ildə bu mükafatın sahibi olub. Komanda hesabında isə Misir yeddi dəfə bu kubokun qalibi olub ki, bu da rekord göstəricidir. Misirlilər sonuncu dəfə 2010-cu ildə Afrika Kuboku qazanıblar.