Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev Slovakiyanın “Jilina” klubuna keçib.
Teleqraf.com xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, Türkiyənin “Trabzonspor” klubu R.Şeydayevi 2017/18-ci il mövsümünün sonunadək “Jilinaya” icarəyə verib.
Qeyd edək ki, “Trabzonspor” azərbaycanlı futbolçu ilə müqaviləni ötən il, iyulun 12-də bağlayıb. Bundan əvvəl R.Şeydayev Rusiyanın “Zenit” klubunun heyətində yer alıb.
Azərbaycan milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayev Slovakiya klubuna keçidi ilə bağlı t'əəssüratlarını bölüşüb.
O, yeni komandaya keçidinə görə sevindiyini və mütəmadi oynamaq üçün yaxşı seçim olduğunu bildirib: "Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdir, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdir. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, "Jilina“ böyük klubdur və mənə uyğundur. Ümid edirəm ki, biz birlikdə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyik. İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm".