19 Fevral 2017 00:11
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gun Dünya kubokunun finallarına əsl döyüşə çıxan kimi çıxacağıq. Bu sözləri Trend-ə batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

O bildirib ki, ilk günün nəticələrini pis qiymətləndirmir: "Hesab edirəm ki, idmançılar nəyə qadir olduqlarını göstərib. Mümkün olan 4 finaldan 3-nə vəsiqə qazanmaq normaldır. Onların yarışlar qabağı gördüyü işlərə və hazırlığa görə, yaxşı formada olanlar gözlənilən nəticəni göstərdilər".

O qeyd edib ki, heç bir proqnoz verməyəcək: "Finalda gözlənilməz şeylər baş verə bilər. Geriyə yol yoxdur, maksimum gücümüzlə işləyəcəyik və finallara əsl döyüşə getdiyimiz kimi gedəcəyik".


Müəllif:

Oxşar xəbərlər