A seriyasının 25-ci turunda keçirilən “Yuventus” – “Palermo” oyunu zamanı qalmaqal baş verib.
Qol.az-ın xəbərinə görə, İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın sonlarında, hesab 4:1 meydan sahiblərinin xeyrinə olmasına baxmayaraq, baş məşqçi Massimiliano Alleqri ilə futbolçu Leonardo Bonucci arasında gərginlik yaşanıb. Müdafiəçi oyunun gedişatı zamanı Alleqrinin əvəzetməsinə etirazını bildirib.
Tərəflər arasında qarşılıqlı söz atışması görüş qurtaranda, meydanda da davam edib. Bu zaman Alleqri futbolçusunu çox ağır formada, küçə söyüşləri ilə təhqir edib. Bonucci də baş məşqçisinə sərt cavab verib.
Oyundan sonra mətbuat konfransında Alleqri ciddi bir hadisə olmadığını desə də, İtaliya mətbuatı yazıb ki, məşqçi ilə futbolçu arasında ciddi gərginlik var.