3 Mart 2017 08:52
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın baş məşqçisi Luis Enrike haqda sensasiyalı iddia yayılıb.

Britaniya mətbuatı mütəxəssisin Kataloniya klubundan mövsümün sonu ayrılmağı ilə bağlı verdiyi qərarda komandanın futbolçusu Lionel Messinin rolu olduğunu iddia edib.

Bildirilib ki, Messi ötən ay klub nümayəndələrinə Enrikenin "Barselona"da qalmağını istəmədiyini deyib. O, əks təqdirdə Çinə transfer olunacağını bildirib.

Qeyd edək ki, L.Enrike "Barsa" ilə bu mövsümün sonu başa çatacaq müqaviləni yeniləməyəcəyini açıqlayıb.
/Qol.az/


Müəllif:

Oxşar xəbərlər