Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.
Teleqraf.com xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal qazanıblar.
Ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) bürünc medala sahib olub.