"Portu"nun qapıçısı İlker Kasilyas şəxsi rekordunu təzələyib.
Qol.az-ın məlumatına görə, ispaniyalı qapıçı bu mövsüm Portuqaliya çempionatında çıxdığı 25 matçın 16-da qapısını toxunulmaz saxlayıb. Bununla da o, karyerasında ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, Kasilyas daha əvvəl “Real”da (Madrid) bir mövsümdə 15 oyunda top buraxmamışdı.