"Barselona” - “Valensiya” qarşılaşmasından (4:2) sonra keçirilən mətbuat konfransında gülməli hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, oyundan sonra “Barselona”nın baş məşqçisi Luis Enrike suallara cavab verərkən, diqqətini konfrans zalında yatmış jurnalist cəlb edib.
Enrike özünü saxlaya bilməyib və xeyli gülüb. O, karyerası ərzində ilk dəfə belə situasiya ilə üzləşdiyini bildirib.
İspaniya mətbuatının yazdığına görə, mətbuat konfransında yatan jurnalist İngiltərənin “CBS News” telekanalının əməkdaşıdı.