29 Mart 2017 18:58
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan millisinin bütün oyunçuları peşəkardır. Onlar yaxşı yaşayırlar".

Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın qapıçılar üzrə sabiq məşqçisi Uli Ştayn "Bild"ə açıqlamasında deyib.

Millimizin sabiq baş məşqçisi Berti Foqts bir neçə gün əvvəl Almaniya mətbuatına açıqlamasında azərbaycanlı futbolçuların həddən artıq qazandıqlarını və bu səbəbdən Avropa klublarına getmək istəmədiklərini qeyd etmişdi.

Foqtsun sabiq köməkçisi onun fikirlərini təsdiqləyib: "Müqayisə üçün deyim ki, bu ölkədə orta aylıq qazanc 400 avrodur. Futbolçular isə hətta ilinə 600-700 min avro qazanırlar. Bəzi oyunçuların səviyyəsi yüksəkdir.

İkinci bundesliqada oynayan Dmitri Nazarovu qeyd edə bilərəm. Nazarov kimi bir neçə futbolçu var. Ancaq onlar inkişaf etmək istəmirlər".

Qeyd edək ki, Uli Ştayn 2009-2014-cü illərdə millimizdə çalışıb.


Müəllif:

Oxşar xəbərlər