Türkiyə Superliqasında 26-cı tura start verilib.
Qol.az-ın mlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Lider “Beşiktaş”ın ən yaxın izləyicisi “Başakşehir” turu məğlubiyyətlə başa vurub. Səfərdə “Akhisar Genclik Spor”un qonağı olan “Başakşehir” 90+4-cü dəqiqədə qapısında gördüyü qolla xalsız qalıb.
2 qırmızı vərəqənin göstərildiyi “Antalyaspor” - “Kayserispor” görüşündə də meydan sahibləri 3 xalı son dəqiqədə vurduğu qolla əldə ediblər.
Səfərdə “Karabükspor”un qonağı olan “Fənərbaxça” uzun müddət rəqib qapısına yol tapa bilməyib. Yalnız Van Persinin sona 6 dəqiqə qalmış vurduğu qol istanbullulara 3 xal qazandırıb.
Türkiyə Superliqası
XXVI tur
1 aprel
“Akhisar Genclik Spor” - “Başakşehir” 2:1
Qollar: Vaz Te, 58 (1:0), Ayhan, 78 (1:1), Cikaleşşi, 90+4 (2:1)
“Alanyaspor” - “Kasımpaşa” 3:1
Qollar: Love, 8 (1:0); 37 (2:0), Koita, 53 (2:1), Tzavellas, 79 (3:1)
“Antalyaspor” - “Kayserispor” 2:1
Qollar: Eto`O, 29 (1:0), Mendeş, 49 (1:1), El Kabir, 90+3 (2:1)
“Kardemir Karabük” - “Fənərbaxça” 0:1
Qol: Van Persi, 84
2 aprel
“Rizespor” - “Trabzonspor”
“Osmanlıspor” - “Qaziantepspor”
“Beşiktaş” - “Gənclərbirliyi”
“Konyaspor” - “Bursaspor”
3 aprel
“Qalatasaray” - “Adanaspor”