Teleqraf.com azərtac-a istinadən xəbər verir ki, Kliçko Londonun "Uembli" stadionunda keçirilən 12 raundluq döyüşün 11-ci raundunda britaniyalı Entoni Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytarmağa nail olmayıb.
Hazırda 41 yaşlı Vitali Kliçkonun hesabında 64 qələbə (53-ü nakautla), 5 məğlubiyyət var. 27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O hələ də professional rinqdə məğlubiyyət acısı dadmayıb: 19 qələbə - hamısı da nokautla.
Kliçko-Coşua döyüşünü 90 minə yaxın tamaşaçı izləyib. Bu, stadionun kassa rekordudur.