13 May 2017 10:49
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd Sudan, Liviya və Küveytin İslamiadaya gəlməməsinin səbəblərini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, o, bu gün oyunlarla bağlı keçirilən mətbuat konfransında bildirib ki, Liviya yarışlarda maliyyə çətinlikləri səbəbindən iştirak edə bilməyib.

Onun sözlərinə görə, Küveyt yarışlarda iştirak üçün müəyyən hazırlıq işləri görmüşdü: “Əslində küveytlilər müstəqil idmançı kimi yarışa qatıla bilərdilər. Amma bu da baş vermədi. Sudanın iştirak etməməsinin səbəbi isə hələlik aydın deyil. Təəssüf edirik ki, bu üç ölkə yarışlarda iştirak edə bilmədi”.

Qeyd edək ki, mayın 22-dək davam edəcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində 54 ölkə idmançıları 16 idman obyektində 21 idman növü üzrə mübarizə aparır.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər