25 May 2017 01:12
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə 19 yaşlı futbolçu barəsində ən sərt cəza tətbiq edilib.

Buna səbəb onun hakimləri və rəqib futbolçuları oyuncaq silahla qorxutması olub.

III liqa çərçivəsində baş tutan “Sent-Sulpis” – “Bursins Roll Perro” matçının gedişində rəqibi kobudluqla dayandıran birincilərin oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Adı açıqlanmayan 19 yaşlı oyunçu kənara gedərək, əlində oyuncaq silahla meydana daxil olub və hakimin üstünə hücum çəkib.

Hadisəni araşdıran federasiya futbolçunun lisenziyasını əlindən alıb və onu 37 il müddətinə futboldan uzaqlaşdırıb. O, ən yaxşı halda 56 yaşında yenidən yaşıl meydanlara qayıda bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər