Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, "Motaqua" - "Honduras Proqreso" final oyunundan öncə yaranan izdihamda 4 nəfər ölüb.
30 min azarkeş tutumu olan stadiona daha çox bilet satılıb. Bu səbəbdən girişdə izdiham yaranıb.
Poliz izdihamın qarşısını almaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib.
Onlarla şəxsin yaralandığı bildirilir.