1 İyun 2017 08:05
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mino Raiola meneceri olduğu "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin gələcək karyerası ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, isveçli hücumçunun İngiltərədə qalmaq istədiyini deyib: "Zlatana bir çox təklif gəlib. Hamısını dəyərləndirəcəyik, ancaq o, İngiltərədə futbolçu karyerasını yüksək səviyyədə davam etdirmək istəyir".

M.Raiola Z.İbrahimoviçin "MY"dan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Zlatan "Mançester Yunayted"də çox yaxşı zaman keçirdi. Onlarla görüşəcəyik. Əgər İbrahimoviç "Mançester Yunayted"də imtina edilməyən futbolçu olacaqsa, qalmağa hazırdır".


Müəllif: Teleqraf.com