30 İyul 2017 23:28
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar.

100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb. Digər təmsilçimiz Naim Hüseynov (81 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Qeyd edək ki, 37 ölkədən 513 (317 oğlan, 196 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər