Arda Türkiyədə oynamaq istərsə, gələcəyi komanda “Qalatasaray” olacaq. “Qalatasaray” rəhbərliyi belə nəticədən məmnun olardı.
Telqraf.com xəbər verir ki, bu sözləri “Qalatasaray” başqanı Dursun Özbək gündəmdəki suallara cavab verərkən deyib. Özbək Arda Turanla iftixar etdiklərini bildirib:
“Arda “Qalatasaray”ın yetiştirdiyi və hamının fəxr etdiyi bir futbolçumuz, özü də çox yaxşı bir qalatasaraylıdır. Türkiyədə oynamaq istərsə, gələcəyi komanda “Qalatasaray” olacaq. Transfer çox da asan başa gələn bir olay deyil. Burada hər kəsin istəyinin olması vacibdir. Məqsədimiz ən yaxşı komandanı qurmaqdır. Hər şey bitməmiş transferlər haqqında bəzi detalları açıqlamaq doğru olmazdı. Ancaq onu deyə bilərəm ki, çalışmalarımız davam edir”.