UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” klubunun üzvləri bir qədər öncə Vətənə dönüblər.
Teleqraf.com xəbər verir ki, futbolçuları gətirən təyyarə saat 08:30-da Heydər Əliyev adına hava limanında yerə enib. Futbolçuların təyyarədən düşüb avtobusa əyləşməyi 30-45 dəqiqə davam edib. Bu proses saat 09:10-dək yekunlaşıb.
Fanatlar önünə ilk çıxan klubun vitse-prezidenti Tahir Gözəl təbrikləri qəbul etdikdən sonra onları qarşılamağa gələnlərə təşəkkürünü bildirib. Daha sonra tərəfdarlar baş məşqçi Qurban Qurbanov və futbolçuları bir-bir alqışlayıblar. Komanda üzvləri onları gözləyən avtobusa minərək, hava limanını tərk ediblər.
Qeyd edək ki, "Qarabağ" Bakıda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.