Azərbaycanın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edib.
Teleqraf.com ”Azerisport”a istinadən xəbər verir ki, mütəxəssis rəqiblər barədə deyib.
“Zəif komandaların olmadığı turnirin püşkünü şərh etmək çətindir. Bizə Avropanın beş ən güclü futbol ölkəsindən üçünün təmsilçiləri düşüb. Düşünürəm ki, “Çelsi”, “Atletiko” və “Roma” əlavə təqdimata ehtiyac duymurlar. Onlarla oyunlar bizim üçün böyük təcrübə olacaq, komandamıza kömək edəcək. Lakin indi mənim bütün fikrim Premyer-liqada “Qəbələ” ilə gələcək oyunla məşğuldur. Həmin matçdan sonra oturub Çempionlar Liqasındakı rəqiblərimiz barədə məlumat toplayacağam”.