3 Sentyabr 2017 10:12
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın “Barselona” klubunu tərk etmək qərarına gəlib.

APA-nın “Daily Post” nəşrinə istinadən verdiyi xəbərə görə, futbolçunun kontraktı uzatmamasına səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.

Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq. “The Sun” nəşri Messinin karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə biləcəyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər