4 Sentyabr 2017 21:39
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin futbolçusu Dieqo Kosta Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunda iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, ispaniyalı hücumçunun adı UEFA-ya göndərilən iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Antonio Konte 24 futbolçunun xidmətindən istifadə edəcək.

Xatırladaq ki, sabiq komandası “Atletiko”ya keçmək istəyən Kosta bugünlərdə “Çelsi”nin düşərgəsinə qayıtmadığı üçün klub tərəfindən 300 min funt-sterlinq dəyərində cərimələnib.

Əlavə edək ki, "Çelsi" - "Qarabağ" oyunu setyabrın 12-də Londonda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər