4 Sentyabr 2017 21:45
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız San Marino ilə qarşılaşır.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakıda 8-ci km stadionunda keçirilir.

Oyunu hakim Nikola Dabanoviç idarə edir.

***

Azərbaycan millisi oyunda hesabı açıb.

Oyunun 20-ci dəqiqəsində rəqibin qapısına qol vurub.

Az sonra 26-cı dəqiqədə Araz Abdullayev fərqi 2-'ə çatdırıb.

57-ci dəqiqədə Əfran İsmayılov millimizin 3-cü qolunu vurur.

71-ci dəqiqədə rəqib Miçel Cevoninin avtoqolu ilə komandamız 4:0 önə keçir.

***

Palazzi 74-cü dəqiqədə fərqi azaldır. San Marino ilk qolu ilə hesabı 1:4 etməyi bacarır.

81-ci dəqiqədə Rəşad Sadıqov millimizin 5-ci qolunu vurur.

Azərbaycan 5:1 San Marino


Müəllif: Teleqraf.com