24 Sentyabr 2017 21:27
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının VI turuna “Qəbələ” – Neftçi” matçı ilə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, azarkeşlər gərgin keçən matçda 3 qol izləyiblər.

“Qəbələ” matça sürətli başlayıb və 4-cü dəqiqədə hesabı açıb. Əyalət təmsilçisi hissənin sonlarında daha bir qol vuraraq fərqi 2 topa çatdırıb.

Fasilədən sonra oyuna daha istəkli başlayan “Neftçi”, 48-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. Lakin, “ağ-qaraların” bundan artığına gücü çatmayıb. Matç “Qəbələ”nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, xalını 13-ə çatdıran "Qəbələ" 3-cü pillədəki yerini möhkəmləndirib. 6 turdan sonra qələbə qazana bilməyən "Neftçi" isə 1 xalla 7-ci pillədədir.

“Qəbələ” – “Neftçi” - 2:1

Qollar: Monroz, 4, Dabo, 40 - Namik Ələskərov, 48

Qırmızı vərəqə: Monroz (oyundan sonra)


Müəllif: Teleqraf.com