14:00
UEFA Gənclər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ" U-19 “Roma” U-19 ilə qarşılaşır.
Teleqraf.com xəbər verir ki, oyunu rumıniyalı hakimlər briqadası idarə edir.
Xatırladaq ki, Rəşad Sadıqovun komandası ilk turda "Çelsi"yə 0:5 hesabı ilə məğlub olub.
***
14:15
Qarşılaşmanın 11-ci dəqiqəsində “Roma”nın 9 nömrəli futbolçusu Jan Kelar “Qarabağ”ın qapısına yol tapıb.
***
14:47
Qarşılaşmanın birinci hissəsi qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
15:19
Oyunun 59-cu dəqiqəsində Kelar özünün və komandasının 2-ci qolunu "Qarabağ"ın qapısından keçirib:
"Qarabağ" U-19 0-2 "Roma" U-19
***
15:36
"Qarabağ" U-19 və "Roma" U-19 klubları arasında baş tutan qarşılaşmada qonaq komanda 3-cü topu vurub. Oyunun 76-cı dəqiqəsində 10 nömrəli italiyalı futbolçu Mirko Antonuççi fərqlənib.
***
"Qarabağ"ın 19 yaşlardan ibarət komandası "Roma"lı həmyaşıdlarına 0-3 hesabı ilə məğlub olub.