28 Sentyabr 2017 00:28
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasında keçirilən oyunun ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytında aparılan səsvermənin nəticəsinə əsasən "Roma"nın forvardı Edin Dzeko bu matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, "Roma"nın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə E.Dzeko 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər