30 Sentyabr 2017 23:14
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da futbol üzrə Azərbaycan çempionatının VII turunda paytaxtın “Səbail” komandası “Sumqayıt” klubu ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüş “Sumqayıt” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. Görüşün 10-cu dəqiqəsində Azər Salahlı hesabı açıb. Matçın 60-cı dəqiqəsində isə Amil Yunanov hesab arasındakı fərqi iki topa çatdırıb. Bununla da xallarının sayını 10-a çatdıran “Sumqayıt” dördüncü pilləyə yüksəlib. “Səbail” isə altı xalla altıncı pillədə qərarlaşıb.

Tura oktyabrın 1-də “Qarabağ”-“Zirə” oyunu ilə yekun vurulacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər