25 Aprel 2014 12:20
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən çox məvacib alan 10 futbolçusunun adı açıqlanıb.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, siyahıda lider PSJ-nin oyunçusu Zlatan İbrahimoviçdir. O “Real”ın ulduzu Ronaldonu qabaqlayır.

“10-luğ”u təqdim edirik:

1. Zlatan İbrahimoviç ("PSJ", Fransa) - 14,7 milyon avro

2. Kriştiano Ronaldu ("Real", İspaniya) - 14,4 milyon avro

3. Radamel Falkao ("Monako", Fransa) - 14,1 milyon avro

4. Tiaqo Silva ("PSJ", Fransa) - 12,1 milyon avro

5. Lionel Messi ("Barselona", İspaniya) - 10,6 milyon avro

6. Qaret Beyl ("Real", İspaniya) - 9,47 milyon avro

7-8. Andres İnyesta, Xavi ("Barselona", İspaniya) - 8,09 milyon avro

9. Ueyn Runi ("Mançester Yunayted", İngiltərə) - 7,94 milyon avro

10. Didye Droqba ("Qalatasaray", Türkiyə) - 7,75 milyon avro

Qeyd edək ki, bu, vergilər ödəniləndən sonra açıqlanan məbləğlərdir.

Aygün İlqarqızı


Müəllif:

Oxşar xəbərlər