Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Roma” ilə qarşılaşacaq “Qarabağ” İtaliyaya yola düşüb.
Teleqraf.com-un məlumatına görə, Ağdam təmsilçisi bu gün saat 16:00-da çarter reysi ilə İtaliyanın paytaxtı Romaya gedib.
Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.