Bosniya və Hersoqovina millisinin baş məşqçisi Mehmed Bajdareviç vəzifəsindən ayrılıb.
Teleqraf.com-un xəbərinə görə, o, bu barədə “France Football”a açıqlamasında məlumat verib.
Bajdareviç Bosniya və Hersoqovina Futbol Federasiyasının ona yeni müqavilə təklif etdiyini, lakin razılaşmadığını bildirib.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis 2014-cü ildən yığmanı çalışdırırdı. Bosniya Hersoqovina millisi DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyib.