10 Dekabr 2017 18:57
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, "Zirə" "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 86-cı dəqiqədə uzaq məsafədən David Manqa vurub. Cavab görüşü dekabrın 14-də "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, günün ilk matçında "Keşlə" "Kəpəz"i 2:0 hesabı ilə yenib. 1/4 final mərhələsinin daha 2 oyunu dekabrın 11-də olacaq. "Qəbələ" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Kuboku, 1/4 final
İlk oyun
10 dekabr (bazar)
16:00. "Zirə” – "Neftçi” 1:0
Qol: David Manqa, 86

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.


Müəllif: Teleqraf