18 Dekabr 2017 13:53
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Surinin oğlu David növbəti uğura imza atıb.

Teleqraf.com xəbər verir ki, ailənin sonbeşiyi olan David Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin təşkil etdiyi 8-9 yaşlı uşaqlar arasında ciu-citsu yarışlarında 34 kq çəki dərəcəsində yarışıb.

O, döyüşlərdə bütün rəqiblərinə qalib gələrək yarışın sonunda birinci yerə layiq görülüb.

Xatırladaq ki, Nura Suri uzun müddət boksla məşğul olub. Müğənninin böyük oğlu peşəkar futbol və qaydasız döyüşlə, ortancıl oğlu isə ciu-citsu idmanı ilə məşğuldur. David də ortancıl qardaşının ardınca gedərək bu idman növünə həvəs göstərib. O da qardaşları kimi bir neçə idman yarışının qalibi və bir çox medalın sahibidir.

9 yaşlı David ciu-citsu üzrə isə dörd dəfə qalib olub.


Müəllif: Sara