3 Avqust 2014 17:07
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli boksçu Məhəmməd Əlinin "Əsrin döyüşü" adlandırılan döyüşdə geyindiyi boks əlcəkləri ABŞ-ın Dallas şəhərində keçirilən hərracda rekord qiymətə satılıb.

Anonim alıcı həmin əlcəklərə 400 min dollar pul xərcləyib.

Söhbət Məhəmməd Əlinin 1971-ci ildə idman lisenziyası ona qaytarıldıqdan sonra çıxdığı ikinci və Co Freyzerlə üz-üzə gəldiyi döyüşgən gedir. Məhəmməd Əli həmin döyüşdə Co Freyzerə məğlub olsa da, 1970-ci illərdə sonrakı iki döyüşlərdə qələbə qazanmışdı./anspress/


Müəllif: