26 Yanvar 2018 00:29
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Jose Mourinyo ilə müqaviləni 2020-ci ilədək uzadıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, portuqaliyalı Jose Mourinyo “Mançester Yunayted”in baş məşqçisi olduğu üçün qürur duyduğunu deyib.

“Klub rəhbərlərinə və cənab Vudvarda xidmətimin qarşılığını verdikləri üçün təşəkkür edirəm. Bu klubun gələcəyi üçün doğru baş məşqçi olduğuma inandıqlarına görə çox şadam. Yüksək standartlarla oynadıq və 1 mövsümdə 3 kubokun sahibi olduq. “Mançester Yunayted”da şanlı və uğurlu gələcək qururuq. Əlbəttə, texniki heyətə və oyunçularıma da təşəkkür edirəm. Onların köməyi və dostluğu olmasaydı, belə bir şey reallaşmazdı. Oyunçularımı sevirəm və onlarla daha 3 il birlikdə çalışacağımız mənim üçün xoşdur”.

O, fanatlara da təşəkkür edib: “Məni evimdəkimi kimi hiss etdirən tərəfdarlarımıza da minnətdarlığımı bildirirəm. Bir daha qeyd edirəm, “Mançester Yunayted”in baş məşqçisi olmaq hər gün qürur duyulacaq bir şeydir və çox xoşbəxtəm”.

54 yaşlı çalışdırıcının mövcud müqaviləsi 2019-cu ilin yayında başa çatırdı.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2016-cı ildən bu klubu çalışdırır. Komanda onun rəhbərliyi altında İngiltərə kubokunun və Avroliqanın qalibi olub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər