“İlk növbədə qələbə münasibətilə Qazaxıstan millisini təbrik edirəm. Komandamızın problemlərini futbolçularımıza deyəcəm. Qazaxıstan yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlansaq da, bu, mənim gözlədiyim oyun deyildi".
Teleqraf.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla səfərdə keçirilən yoxlama oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.
- Qazaxıstan millisi sizi nə ilə təəccübləndirdi?
- Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil.
- Komandanız erkən qol buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?
- Komandamızın buna hazır olduğunu desəm, inanmayacaqsınız. Ancaq biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızda bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.
- İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?
- Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir.
- Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?
- Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.
- Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstan millilərini müqayisə edərdiniz?
- Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması xeyli güclüdür (Qol.az)