9 İyun 2018 01:42
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın futbolçusu Kriştiano Ronaldo haqda növbəti iddia yayılıb.

"Yuventus"un portuqaliyalı hücumçu ilə maraqlandığı bildirilir. Turin klubunun Ronaldo ilə hələ Çempionlar Liqasının 1/4 finalında "Real"a 0:3 hesabı ilə uduzduğu oyundan sonra danışıqlara başladığı vurğulanıb. Onun "Yuventus"a keçə biləcəyini qeyd olunub.

Xatırladaq ki, İspaniya mətbuatı Ronaldonun "Real"dan ayrılmağa qərar verdiyini yazıb. Onunla PSJ, "Mançester Yunayted", "Mançester Siti" və "Bavariya"nın maraqlandığı iddia olunur.


Müəllif: Teleqraf.com