14 İyun 2018 00:25
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com