19 İyun 2018 20:49
2 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur fransalı futbolçu Patris Evra “Mançester Yunayted”də oynayarkən dostu olan Kriştiano Ronaldo haqqında maraqlı xatirəsini danışıb.

Teleqraf.com xəbər verir ki, Evra portuqaliyalı ulduzun evinə qonaq getməməyi məsləhət görüb.

“Əgər Ronaldo sizi evinə dəvət etsə, getməyin. Bir gün məşqdən sonra o, məni evinə yeməyə dəvət etdi. Çox yorğun olmağıma baxmayaraq, qəbul etdim. Evə çatanda stolun üstündə toyuq, kahı və su vardı. Bunun başlanğıc olduğunu və əsas yeməklərin sonra gələcəyini düşünmüşdüm. Ancaq masanın üzərinə başqa heçnə gəlmədi. O, yeməyini yeyib, topla oynamağa başladı. Mən isə ac qaldım”.


Müəllif: Ruslan

Oxşar xəbərlər